Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup sədri Özgür Özəl partiya sədrliyinə namizədliyini irəli sürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Özəl CHP-nin noyabr ayında keçirilməsi planlaşdırılan 38-ci Adi Qurultayında sədr Kamal Kılıçdaroğlu ilə yarışacaq.
“Dəyişiklik tələbimiz partiyamızı tam uzlaşma və yoldaşlıq şüuru ilə birlik və qardaşlıq içində uzunmüddətli iqtidar dövrünə daşımaq məqsədi daşıyır. Atatürkün partiyasını hakimiyyətə gətirmək üçün CHP başqanlığına namizədliyimi elan edirəm”, - Özəl bildirib.
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- “Kristal” və REA arasında əməkdaşlıq memorandumu imzalandı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- "Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri