Sentyabrın 15-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sentybarın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.
Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı