Ukrayna Prezdenti Vladimir Zelenski gələn həftə BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndəsi ilə görüşə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri Ukrayna hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı, eləcə də xarici liderlərlə görüşlərdə digər ölkələrdən dəstək almağa ümid edir:
“Bəzi diplomatların gözlədiyi kimi, gələn həftə BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə xüsusi iclası keçirilərsə, Zelenski Rusiya nümayəndəsi ilə eyni masa arxasında öz mövqeyini açıq şəkildə ifadə edə bilər”.
Bildirilib ki, Zelenski Nyu Yorkda 10 bəndlik sülh planına dəstək almaq, həmçinin ərzaq böhranının həlli yollarını tapmaq niyyətindədir.
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı