Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv edilir, onların məntəqələri qonşu dairələrə verilir. Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılır. Tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
ReAL sədri qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı, Cəlilabadda 69 saylı dairə və başqa dairələr ləğv olunacaq:
"Əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır. Deputatların ümumi sayına bu dəyişiklik təsir etmir”.
İlqar Məmmədovun sözlərinə görə, qeyd olunan 3 dairədə ReAL-ın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var:
"Dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi. Daxili köçün nəzərə alınması MSK-nın doğru addımıdır”.
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı