Türkiyə, Yaponiya və Ukrayna nümayəndələri sentyabrın 21-də İstanbulda Ukrayna iqtisadiyyatının bərpası məsələsi ilə bağlı görüş keçirəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Görüş sentyabrın 21-də İstanbulda Yaponiyanın Türkiyədəki səfirliyi, Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JİCA) və Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) dəstəyi və “Yanmar Türkiyə”nin baş sponsorluğu, Ukrayna Ticarət və Sənaye Palatasının iştirakı ilə baş tutacaq. Türkiyə-Ukrayna İş adamları Assosiasiyasının prezidenti Burak Pəhləvan bildirib ki, görüşdə “Mitsubishi Corp”, “Marubeni Corp”, “Sumitomo Corp”, “Yanmar”, “İtochu Corp”, “Sojitz Corp”, JBIC, JETRO, JICA и “Mitisu” kimi şirkət və təşkilatlar iştirak edəcək”, - məlumatda qeyd olunub.
- Generalımız “EFES - 2026”nın keçirildiyi ərazidə - Foto
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto
- Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı