Ərdəbil əyalətinin Germi şəhərinin Anı kəndi ərazisində Səlcuqlar dövrünə aid tarixi tikili aşkarlanıb.
Kult.az xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının arxeologiya şöbəsinin rəhbəri Ruhullah Məhəmmədi məlumat verib.
O, tikilinin karvansara və ya hamam olduğunun ehtimal edildiyini bildirib:
“Daha dəqiq məlumat araşdırmalar bitdikdən sonra veriləcək”.
Qeyd edək ki, abidə tarixi əsər qaçaqmalçılarının əməyi nəticəsində aşkarlanıb. Beləki, qeyd olunan yerdə qaçaqmalçılar tarixi əsərlər əldə etmək məqsədilə qazıntı aparıblar. Tarixi tikili aşkar edidikdən dərhal sonra bölgəyə gələn məmurlar onları həbs edib, abidə barədə Mədəni İrs Təşkilatına məlumat veriblər.
- Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı
- Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanıldı
- Generalımız “EFES - 2026”nın keçirildiyi ərazidə - Foto
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto
- Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq