Orqanizmi tütün qalığı nikotinindən təmizləyən 3 super qida var.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Mariya Kapralova intoksikantlarla – alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb.
“Bunlar nar, limon, zəncəfil və brokkolidir. Onlar qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə qan dövranını tənzimləyir. Alkoqol içənlər, siqaret çəkənlər, qaraciyəri dərmanla yüklənənlər, eləcə də bunları tərgidənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir.
Nar qanda eritrositlərin miqdarını artırır. Limon V vitamini ilə zəngindir. Zəncəfil siqaretə istəyi azaldır. Bütün kələm növləri bədəni təmizləyir, amma brokkoli ümumilikdə maddələr mübadiləsi proseslərini tənzimləyir.
Nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Nikotindən asılılıq narkotik kimidir.
Bədənin nikotinlə zəhərlənməsinin əlamətləri:
- Ürəkbulanma, qusma;
- Qarında ağrı;
- Tərləmə;
- Ağızdan su axma;
- Qıcolmalar, huşun dumanlanması, əsəbilik;
- Baş ağrıları;
- İştahın artması;
- Daim tütün iyləmə, siqaret çəkmək istəyi.
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq - Əhmədov
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir