Azərbaycan ordusunun hərbi texnikasının üzərində tərs "A" hərfi yazıldığını deyən ermənilər qorxuya düşüb. Ölkə.Az xəbər verir ki, bunu sosial media platformalarında həyəcanla paylaşırlar.
Belə ki, ermənilər tərs “A” hərfini xəritə üzərində çəkərək Zəngəzur dəhlizi ərazisinə düşdüyünü ifadə edirlər. Onlar bunu Azərbaycan tərəfinin qələbə simvolu kimi görürlər.Qeyd edək ki, belə bir görüntülər rəsmi şəkildə yayılmayıb. Xatırladaq ki, son günlər Ermənistan tərəfi dəfələrlə təxribat xarakterli hərəkətlərə yol verir, Azərbaycan ordusu bunun qarşılığında cavab tədbirləri görür. Rəsmi İrəvan gərginliyi artıracaq addımlar atır və iki ölkə arasında gedən sülh danışıqlarını əngəlləyir.
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi