Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla amerikalı həmkarı ordu generalı Mark Milli arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sözçüsü polkovnik Deyv Batler bildirib.
Onun sözlərinə görə, tərəflər NATO, Suriya və Şərqi Avropada təhlükəsizlik mühiti də daxil olmaqla, qarşılıqlı strateji maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
“Türkiyə NATO üzrə əsas müttəfiqdir və ABŞ onun strateji ikitərəfli münasibətlərini yüksək qiymətləndirir”, - Komitənin rəsmisi vurğulayıb.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi