Ötən il dünyada milyarderlərin sayı 2021-ci illə müqayisədə 3,5 faiz azalaraq 3194 nəfər olub.
BUTA.TV xəbər verir ki, başda ABŞ olmaqla, inkişaf etmiş ölkələrin bazara yeritdiyi trilyonlarla dollar, avronun çıxarılması əməliyyatları öz təsirini milyarderlərin sərvətində də özünü göstərib. Qlobal məlumat kəşfiyyatı şirkəti “Altrata”nın yeni hesabatına görə, normal vəziyyətə qayıtmaq milyarder “kastası”nda dəyişikliklərə və qazancların azalmasına səbəb olub. Əslində, həm onların sayı, həm də ümumi sərvətləri azalıb.
“Altrata”nın araşdırması göstərir ki, 2022-ci ildə dünyada milyarderlərin sayı 2021-ci illə müqayisədə 3,5% azalaraq 3194 nəfər olub. Eyni mənbə milyarderlərin ümumi sərvətinin 2022-ci ildə 5,5% azalaraq 13,1 trilyondan 11,1 trilyon dollara düşdüyünü də açıqlayıb.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi