Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb.
Elm və Təhsil Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4316 müraciət qeydə alınıb.
Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub.
Orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2649 nəfərin 2287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub.
Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi