Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb.
O, sentyabrın 3-də Cəfər İbrahiminin xəstəxana adı ilə Evin həbsxanasından çıxarılıb Qızılhisar həbsxanasına köçürüldüyünü deyib.
“Bir neçə xəstəlikdən əziyyət çəkən Cəfər İbrahiminin səhhətinin ağır olmasına baxmayaraq, müalicəsinə imkan verilmir. Köçürülmə zamanı ona lazım olan vacib dərmanlarını və şəxsi əşyalarını götürməyə imkan verilməyib" ,- vəkil qeyd edib.
Qeyd edək ki, Cəfər İbrahimi 2022-ci ilin aprel ayının 30-da həbs edilib. O, “əlbir olmaq və toplaşmaq", "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi