Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur.
Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi