Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıblar.
Yataqxanaların qiymətləri şəraitinə görə, bir-birilərindən fərqlənir.
Məsələn, Bakı Dövlət Universitetinin beş mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə bir nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.
Azərbaycan Tibb Universitetinin isə dörd yataqxanası mövcuddur. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Ümumi tutumu 968 nəfər olan yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.
Özəl ali məktəblərin yataqxanaları qiymətləri ilə də maraqlandıq. Bakı Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə 120-150-170 manat arasında dəyişir.
Yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və sosial həssas qrupa aid şəxslərə xüsusi güzəştlər edilir.
Ətraflı süjetdə:
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi