Təbrizin şimal-şərqində yerləşən tarixi Rəb-i Rəşidi abidə kompleksinin qalıqları baxımsızlıq ucbatından tamamilə yox olmaq üzrədir.
Kult.az xəbər verir ki, bu barədə yerli mədəniyyət xadimləri və sosial media fəalları məlumat yayıblar.
Bildirilib ki, Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və ərazi üzrə bələdiyyənin laqeyd münasibəti səbəbindən XIV əsrə aid abidə məhv olub. Adıçəkilən hər iki dövlət qurumuna abidənin qalıqlarının qorunması ilə bağlı müaciətlər cavabsız qalıb.
Xatırladaq ki, bu tarixi abidə XIV yüzillikdə Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olan Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilib.
Kompleksin daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzləri, yaşayış kompleksi, 24 karvansara, yüzlərlə dükan, məscid, bazar, hamam, zərbxana, minlərlə tələbəsi olan tədris müəssisəsi fəaliyyət göstərib.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi