NATO-da heç kim Ermənistanı alyansa qoşulmağa çağırmayıb, lakin İrəvan bu təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Ermənistan və NATO arasında tərəfdaşlığa gəlincə, bu, bir neçə ildir ki, davam edir. Biz NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edirik və bu prosesi davam etdirməyə hazırıq”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Moskva bəyan etmişdi ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Rusiyanı sıxışdırmaq üçün Qərbin silahına çevrilməməlidir.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi