“Zeytun Bağları” Azərbaycan bazarına illərdir yüksək keyfiyyətli zeytun yağı məhsullarını təqdim etməklə yanaşı, həm də sosial yönümlü layihələrin təşkil olunmasına böyük əhəmiyyət verir.
Marka əsas dəyərlərindən olan sağlam yaşam, yaşıl gələcək, ətraf mühitin qorunması mövzularında keçirtdiyi silsilə tədbirlərini davam etdirir.
Bu dəfə ki tədbir “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsi oldu.
Yeniyetmə və gənclər tərəfindən yüksək maraqla qarşılanan müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən bir qədər çox rəsm göndərmişdir.
Respublika Rəsm müsabiqəsinin yekunu olaraq Xətai Sənət Mərkəzində təşkil olunan sərgidə yeniyetmə və gənclər öz əsərləri yanaşı, yaşıl ekologiya mövzusunda həm də öz fikirlərini bölüşüblər.
Rəsmləri sərgilənən müəlliflərə sertfikatlar və “Zeytun bağları” brendinin məhsullarından hədiyyələr təqdim olunub.
Həmçinin sərgidən seçilmiş 30 ən yaxşı rəsmin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılarılıb və həmin əsərlər “Zeytun Bağları” brendinin gələcəkdə keçirilən oxşar sosial layihələrdə istifadə olunacaq.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi