Yaponiya Meteorologiya Agentliyi ölkənin son 125 ildə ən isti yayı keçirdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, məlumata görə, iyun-avqust aylarında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb.
Məlum olub ki, yay mövsümündə orta temperatur 1,76 dərəcə artıb.
İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.
“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada builki orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - deyə məlumatda bildirilib.
Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...