Hər mənzilin ən çirkli zonaları var, onlar bakteriya, allergiya və xəstəlik mənbəyi ola bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, dermatoveneroloq Svetlana Yakovleva sağlamlığa təhlükəli sahə və küncləri qeyd edib.
“Vanna, hamam otağı mənzildə ən çirkli sahədir, orda ayaqyalın gəzmək olmaz. Mənzildə nəm, rütubətli və qaranlıq künclər ən təhlükəli yerlərdir. Göbələklə dəri kontaktı dırnaq xəstəliyinə səbəb olur. Eləcə də göbələk dəri və tənəffüs xəstəliklərinə səbəb olur. Rütubətli künclərdə olan kif astma, pnevmoniya, orqanizmin intoksikasiyasına səbəb olur.
Ona görə evdə hamam-tualetdə çox qalmaq, oturub telefona baxmaq, az işıqlandırılan, künc hissəyə divan-kreslo qoyub orda çox vaxt keçirmək olmaz. Bu həm burun, tənəffüs yollarını, həm dərini qıcıqlandırır.
Mətbəxdə isə ən çirkli yer qabyuyan çanaq və süngərdir. Qabyuyan süngəri həftədə 1 dəfə dəyişmək lazımdır. Əks təqdirdə qablarda qalan bakteriyalar həzm yollarına düşəcək”.
Həkimin sözlərinə görə, kandar və çöl qapısı da ən çirkli, mikroblu, tozlu yerlərdən biridir. Ora toxunandan sonra mütləq əllər yuyulmalıdır.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi