Tezliklə Hatay Hava Limanının tikintisinə başlanılacaq.
BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay Şəhərsalma Layihəsinin Kollektiv Təməl Atma Mərasimində bildirib.
“Bu yaxınlarda Qəhrəmanmaraş və Adıyamanda minlərlə binanın təməlini atdıq. Hatayda 254 min 195 evə ziyan dəyib. Hazırda Hatayda 32 min 600 yaşayış yeri, 7 min 800 kənd evi və anbar olmaqla 40 min 400 müstəqil hissənin tikintisi davam edir. Bu gün yenilərini əlavə edirik. 5 min müstəqil bölmənin təməlini qoyuruq”, – Ərdoğan qeyd edib.
O bildirib ki, ümumilikdə 86 min nəfər bu layihənin gerçəkləşməsi üçün müraciət edib.
“Hatay Hava Limanının layihəsi tamamlanıb. Tezliklə hava limanının tikintisinə başlanılacaq”, – Ərdoğan əlavə edib.
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...