Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirib.
Kult.az xəbər verir ki, bu barədə yazıçı sosial şəbəkə hesabında bildirib.
“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam, inciyəcəklər. “Yaramazlar” yazacam, daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxıb getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”
Qeyd edək ki, Ç.Abdullayev paylaşımını rus dilində yazıb.
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər