Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib.
BUTA.TV xəbər verir ki, 24 avqust tarixində 2008-ci il təvəllüdlü Omid Şəbnəm Abdullah qızı Xırdalanda özünü binadan ataraq intihar edib.
Sakinlər bildirib ki, Şəbnəm bir müddət əvvəl həmin binadan özünü ataraq intihar edən qızın rəfiqəsi olub. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanınn yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib. Bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub.
Xırdalanda yaşayan insanlar bildirir ki, bu, intihar deyil və həmin ərazidə yaşayan narkomanlar qızlara təcavüz edərək öldürür.
Məsələ ilə bağlı Baş Prokurorluqdan saytımıza bildirildi ki, hər bir fakt üzrə hazırda araşdırmalar davam edir.
Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır.
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…