Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in Afrika və Yaxın Şərqdəki geniş əməliyyatlarına nəzarəti ələ almağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” öz mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mərkəzi Afrika Respublikasında “Vaqner” əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli təşkilatlara həvalə olunacaq.
Həmçinin, bütün gizli xarici "Vaqner" şəbəkəsi effektiv Rusiya hərbi komandanlığı altına keçməlidir.
Ötən həftənin sonunda Putin “Vaqner” muzdlularına and içməyi əmr edən fərman imzalayıb. Mənbə qeyd edib ki, bu addım Rusiyanın yüksək rütbəli hərbi rəsmisinin Liviya və Suriyaya səfərindən sonra atılıb.
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…