Urmiya gölünə su buraxılmayacaq - Əştəri

18:28 - 31 Avqust 2023 - GÜNDƏM

 Urmiya gölünə su buraxılmayacaq - Əştəri

Şərqi Azərbaycan əyalətindəki su anbarlarından Urmiya gölünə su buraxılmayacaq.

BUTA.TV xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri deyib.

O, Urmiya gölünün hazırkı ekoloji vəziyyətinin yaşayış məntəqələri üçün ciddi təhlükə yaratmadığını iddia edib:

“Şərqi Azərbaycan əyaləti Urmiya gölünün su səviyyəsinin təmin edilməsində cəmi 10% rol oynayır. Gölə su buraxılması üçün bəndləri açmaq məntiqli deyil".

Qeyd edək ki, bir neçə gün əvvəl Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian da oxşar çıxış edərək, bəndlərdən Urmiya gölünə su buraxılmayacağını demişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol