Zurabişvilinin bu ölkələrə səfərinə qadağa qoyuldu

10:14 - 31 Avqust 2023 - GÜNDƏM

 Zurabişvilinin bu ölkələrə səfərinə qadağa qoyuldu

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv olunur.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən məlumat verilib.

Məlumata görə, Zurabişvilinun avqustun 31-də Almaniyaya səfər edəcəyi ilə bağlı bu ayın əvvəlində hökumətə müraciəti yazılı şəkildə rədd edilib:

“Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına uyğun olaraq, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”.

Bundan əlavə, prezidentə avqust-dekabr ayları arasında daha doqquz ölkəyə səfərə icazə verilməyib. Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol