Ukrayna hərbçiləri əks-hücum əməliyyatları zamanı rus işğalçılarını uğurla geri qovur, düşməni tədricən öz mövqelərindən sıxışdırıb çıxarır və möhkəmləndirilmiş müdafiə xətlərinin bir hissəsini yarıb keçə bilirlər.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Bu kontekstdə tərəfdaş və müttəfiq ölkələrin Ukraynaya dəstək verməsi vacibdir. Biz gördük ki, ukraynalılar yenidən gözləntiləri doğrultular. Xatırlamalıyıq ki, hər şey keçən il Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə başladı. O zaman hər kəs Ukraynanın yalnız bir neçə gün və ya 1 neçə həftə dözəcəyinə inanırdı. Ancaq onlar Kiyevi, Xarkov bölgəsini, cənubdakı Xersonu azad etdilər. İndi isə daha da böyük uğurlar qazanırlar", - baş katib bildirib.
- Səbinə Əliyeva Ruben Vardanyanla görüşdü
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı
- “Avronyus”da Azərbaycan paxlavası...