Donetskdə iki helikopter qəzaya uğradı: 6 nəfər öldü

23:44 - 30 Avqust 2023 - GÜNDƏM

 Donetskdə iki helikopter qəzaya uğradı: 6 nəfər öldü

Ukraynanın Donetsk vilayətində Baxmut istiqamətində hərbi aviasiyaya aid iki helikopter qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

İqor Sikorski adına 18-ci əlahiddə ordu aviasiya briqadasının nümayəndəsi Yevgeni Rakita bildirib ki, ölənlərin hamısı zabitdir. Onlardan biri Poltava vilayətindən, digərləri başqa regionlardandır.

Qəza döyüş tapşırığını yerinə yetirərkən baş verib. Rakita əlavə edib ki, hərbçilərin adları və ölüm şəraiti təhlükəsizlik baxımından açıqlanmır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol