Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil:
“Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
- Leyla Əliyeva Qəbələdə - Foto
- Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
- Hacıqabulda 500-dən çox ev su altında qaldı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Şeyx Özbəkistana gedir
- MN açıqladı: Bu sursatlar məhv ediləcək
- İcma Ermənistan prezidentinə cavab verdi
- Məhəmməd peyğəmbər ermənilərə məktub yazıb? - Foto