Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində qeydə alınıb.
Yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb. Sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.
Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var.
"Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub", - məlumatda qeyd olunub.
- Bu şəxslər peşə tanınması üzrə imtahan verdi
- Rusiya vətəndaşı Ermənistanda öldü
- MM-də müzakirə: Nigar Arpadarai bu qanunun əleyhinə çıxdı
- Bakıda 7 marşrut xəttidə avtobuslar tam elektrikləşdirildi
- MM Prezident və xanımını təbrik etdi
- Sabahın hava proqnozu açıqlandı
- Xətai İH iftar süfrəsi qurdu - Foto
- Qadın hərbçilərlə bağlı bu təklif son oxunuşdan keçdi