Avrokubok oyunlarını bu kanallar yayımlayacaq

14:34 - 30 Avqust 2023 - GÜNDƏM

 Avrokubok oyunlarını bu kanallar yayımlayacaq

2023/2024 mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.

BUTA.TV xəbər verir ki, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər.

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.

Artıq bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa) görüşünü saat 23:00-dan etibarən İTV-dən izləmək mümkün olacaq.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol