Rusiya Rövşən Əsgərovu cərimələdi

14:06 - 30 Avqust 2023 - GÜNDƏM

 Rusiya Rövşən Əsgərovu cərimələdi

Moskvanın Savelyovski məhkəməsi “Nə? Harada? Nə vaxt?” proqramının oyunçusu Rövşən Əsgərovu 40 min rubl cərimələyib.

BUTA.TV xəbər verir ki, bu barədə Ryusiya mətbuatı yazıb.

Məhkəmə bildirib ki, Əsgərov inzibati xəta törətməkdə təqsirli bilinib və bu, xarici agentin fəaliyyəti ilə bağlı prosedurun pozulmasıdır.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu "Nasizmin reabilitasiyası" ilə bağlı cinayət işi çərçivəsində iki ay müddətinə qiyabi həbs etmişdi.

Əsgərov sosial şəbəkələrdəki paylaşımlarında nasizmi "bərpa etmək cəhdləri"ndə ittiham olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol