Rusiya ordusunun sayı Ukrayna ordusunun sayından qat-qat çox olduğundan Ukrayna Rusiyaya qalib gələ bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Hər gün yüzlərlə, minlərlə kasıb ukraynalı ölür. Bu, Ukrayna üçün böyük faciədir. Bu müharibədə ruslar daha güclüdür və çoxdur. Ukraynanın əks-hücumunun qarşısı alınmalıdır, əks halda ölkə çox sayda insan itirəcək. Ukraynada hərbi əməliyyatların başa çatması isə ABŞ-ın istəyindən asılıdır”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Viktor Orbanı bəyanatlarına görə dəfələrlə tənqid edib.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?