Ukrayna əks-hücumu: ruslar yeni səfərbərliyə başlayır

09:02 - 30 Avqust 2023 - GÜNDƏM

 Ukrayna əks-hücumu: ruslar yeni səfərbərliyə başlayır

Ukrayna hərbçiləri Robotinonu azad etməklə daha da irəliləmək üçün vacib bir nöqtəyə adlayıb. Müdafiə qüvvələrinin cənubda hücumu rus qoşunları arasında böyük itkilərə səbəb olub və bu da Rusiyada səfərbərlik müzakirəsinin yaranmasına əsas səbəbdir.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.

“Görünən odur ki, ehtiyatlarımızın heç də hamısı hələ hücum əməliyyatlarına cəlb olunmayıb. Bu qənaətə açıq mənbələrdəki məlumatlardan da gəlmək olar. Çünki hələ döyüş meydanında Britaniyanın “Çallenger” tanklarını və Polşanın “Rosomak” zirehli transportyorlarını görməmişik. Bu texnologiyanın yalnız bir hissəsidir. Öz növbəsində, Zaporojye cəbhəsində rusların sərbəst ehtiyatlarla bağlı problem yaranıb”, - Kiriçevski bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol