“Vaqner” rəhbəri Yevgeni Priqojinin dəfn mərasiminin qapalı keçirilməsinin səbəbi Vladimir Putin rejiminin onunla bağlı xatirələri silmək istəməsidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.
“Gizliliyin əsas vəzifəsi efirin qarşısını almaqdır. Çünki bu gün rejimin əsas vəzifəsi Priqojinin xatirəsini silməkdir. Bir il yarım ərzində “böyük vətənpərvər komandir” Priqojin və onun “möcüzəvi cəngavərləri” mifi həqiqətən də hansısa rusların beyninə daxil olmuşdu”, - Yakovenko bildirib.
Qeyd edək ki, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Priqojin ötən gün gizli şəkildə dəfn edilib.
- ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində - Video
- Dağıstanda 60 min insan işıqsız qaldı - Video
- Yol polisi sürücülərə müraciət etdi
- Şamaxıda güclü yağış hərəkətə çətinliklər yaratdı - Foto
- Quba-Xınalıq yolu bağlandı
- Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır
- Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı
- Ağsuda qadını öldürüb, otlaq sahəyə atanlar həbs edildi