Şəkidə iki kəndi sel suları basdı - Video

22:02 - 29 Avqust 2023 - GÜNDƏM

 Şəkidə iki kəndi sel suları basdı - Video

Şəkiyə leysan yağıb, iki kəndi sel suları basıb.

BUTA.TV xəbər verir ki, günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.

Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb.

Ərcan çayında suyun səviyyəsi həddən artıq qalxması səbəbindən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol