Tehranla İrəvan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə İranda yaşayan ermənilərin media orqanı olan "Araks" məlumat yayıb.
Bildirilib ki, İranın İrəvandakı səfiri Mehdi Sübhani ilə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
Sübhani regional dil təhsili çərçivəsində Ermənistanın dövlət məktəblərində fars dilinin tədrisinin vacibliyini vurğulayıb.
Erməni nazir də Ermənistanın ali və orta məktəblərində fars dili müəllimlərinin hazırlanması proqramının həyata keçirilməsinin zəruri olduğunu bildirib.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?