Bakını 140 min insan tərk edəcək

14:40 - 29 Avqust 2023 - GÜNDƏM

 Bakını 140 min insan tərk edəcək

Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb. Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzaurda məskunlaşması gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə Bakı.vs-yə açıqlamasında millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır:

"Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıtda qeydiyyatdadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması, Bakı sakinlərin sayına təsir göstərəcək. Azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq. Bu da Bakı sakinlərinin sayına təsir göstərəcək”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol