Naxçıvan Muxtar Respublikasında taxıl istehsalının həcminin artırılması hesabına unun qiyməti kəskin aşağı düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a aparıcı taxıl emalı müəssisəsinin icraçı direktoru Canməmməd Canməmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda 50 kiloqramlıq un kisəsi 27 manata təklif olunur ki, bu da əvvəlki qiymətlə müqayisədə 10 manat və yaxud 27 % azdır.
"Bu il müəssisə yerli istehsalçılardan 5 266 ton buğda qəbul edib, halbuki son 3 ildə bu rəqəm 2 700 tona yaxın olub. Son 20 gün ərzində 270 tona yaxın un satılıb", - deyə o qeyd edib.
Naxçıvanda unun ucuzlaşmasının çörəyin qiymətinə də təsir edəcəyi gözlənilir.
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş
- Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova
- Bakıda metronun önündə "qayıq sürdülər" - Video
- Yol polisindən sürücülərə müraciət...
- Bakının bu rayonu 3 gündür istiliksiz qalıb
- Eldar Əzizov müşavirə keçirdi
- Bakıda avtomobillərdən oğurluq edənlər saxlanıldı