Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə bu gün 40 ton un yardımı göndərməsinə Azərbaycanın Xankəndi şəhərində fəaliyyət göstərən separatçı dəstədən reaksiya verilib.
BUTA.TV xəbər verir ki, separatçıbaşı Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yardım göndərilməsinin onlarla “razılaşdırılmadığını” bildirib.
O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımı “yalançı xeyriyyəçilik” adlandırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı həqiqətən yardım etmək istəyirsə, laçın yolunu ikitərəfli açmalı və yüklərin daşınmasına şərait yaratmalıdır.
Qeyd edək ki, bu, Xankəndidəki separatçı dəstənin ölkəmizin ərazi bütövlüyünə qəsddən əl çəkmədiyinin, “humanitar böhran” şousunu davam və təbliğ etmək məqsədlərini aydın göstərir.
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN