Qalmaqal: Rus konsul türk ölkəsindən çıxarıldı

01:10 - 29 Avqust 2023 - GÜNDƏM

 Qalmaqal: Rus konsul türk ölkəsindən çıxarıldı

Rusiyanın Almatıdakı baş konsulu Yevgeni Bobrovun sözləri qalmaqala səbəb olub.

BUTA.TV Qazaxıstan mediasına istinadla xəbər verir ki, Bobrov Qazaxıstanda rus dilindən istifadə və tədrisin səviyyəsinin aşağı düşməsindən gileylənmişdi.

O, TASS-a müsahibəsində bunun səbəblərini rus əhalinin sayının 15% azalması və Qazaxıstan Təhsil Nazirliyinin qazax dili ilə bağlı xüsusi proqram hazırlaması ilə izah etmişdi.

“Rusdilli məktəb və siniflərin sayı getdikcə azalır, müəllim çatışmazlığı və digər problemlər var”, - o bildirmişdi.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smedyarov isə deyib ki, diplomat vəziyyətlə bağlı tam məlumata malik deyil:

“Ölkədəki 7700 məktəbdən 2500-ü rus və qazax, 1200-ü yalnız rus dilində tədris aparır. Bu şəxs (baş konsul) artıq Qazaxıstanda deyil, o, daha burada işləmir. O, diplomatik missiyasını başa vurub”.

Bobrov 2018-ci ilin oktyabr ayından Rusiyanın Almatıdakı baş konsulu vəzifəsində çalışır. Onun sözügedən açıqlamadan sonra Almatını tələsik tərk etdiyi bildirilir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol