Ermənilər “Laçın” postundan sərbəst keçir

10:22 - 28 Avqust 2023 - GÜNDƏM

 Ermənilər “Laçın” postundan sərbəst keçir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

BUTA.TV xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 30 şəxs olub. Onlardan 9 nəfərinin xəstə olduğu bildirilir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol