Zaporojye vilayətində Ukraynanın 82-ci kəşfiyyat-hücum briqadası böyük itkilər verir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.
“Challenger" tankları, piyada döyüş maşınları və digər texnikası olan 82-ci hava-kəşfiyyat-hücum briqadası indi Rabotino yaxınlığında böyük itkilər verir”,- o bildirib.
Ritter qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı tam iflasa uğrayır, çünki Ukrayna qoşunları cəbhədə heç nəyi dəyişə bilmir və ehtiyatları tükənir.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Ukrayna komandanlığı Silahlı Qüvvələrinin son üç strateji ehtiyat briqadasını Zaporojye istiqamətinə göndərib:
"Ukrayna Prezidenti Vladimir Zelenskinin planına görə, onlar Melitopolu almalı idilər, lakin Rusiya Silahlı Qüvvələrinin ilk müdafiə xəttini belə keçə bilməyiblər".
- Bu ərazilərdə işıq olmayacaq
- Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı - Video
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
- Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bakının Tiflis prospektində "cib" tipli zolaqlar salınacaq
- FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi
- "RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi