Avqustun 27-də Güney Azərbaycanın bir neçə şəhərində milli fəallar həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə fəalların yaxınları və insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Ərdəbil şəhərində Züleyxa Qazizadə, İrəc Şirzad, Həbib Nigəhban təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.
İrəc Şirzadın saxlanılan zaman zorakılığa məruz qalıb və ağır şəkildə döyülüb.
Bununla yanaşı, Miyana şəhərində yaşayan ədəbiyyatçı və şair Məhəmməd Şeyxülislami də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Urmiya gölü ilə bağlı aksiyalarla əlaqəli həbs olunduqları ehtimal edilən fəalların hara aparıldığı haqda açıqlama verilməyib.
Eyni zamanda, insan haqları təşkilatları Xoy, Ərdəbil və Təbrizdən olan daha bir neçə fəalın ETTELAAT idarələrinə çağırıldığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Təbrizdə Yaşar Həsənpur, Ərdəbildə Əfşin Sübhi və Xoy şəhərində Cəfər Əkbəriyə zəng edilib, onlardan Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölmələrinə getmələri istənilib.
Ərdəbildə Əfşin Sübhinin evinə basqın edildiyi, fəalın evdə olmadığı üçün həbs edilmədiyi qeyd edilib.
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu