Ermənistanın yaydığı məlumat tamamən yalandır - MN

Ermənistanın yaydığı məlumat tamamən yalandır - MN

Tarix: Siyasət

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə edilib.