Çaylarda suyun səviyyəsi artıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
"Xəbər verildiyi kimi, avqust ayının 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb. Ən çox yağıntı Qax, Şəki, Qəbələ rayonlarının ərazisində qeydə alınıb. Eyni zamanda Tərtərdə, bəzi Mərkəzi Aran rayonlarında, Quba-Xaçmaz, Lənkəran-Astara bölgəsində yağış yağıb.
Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb. Ən çox artım, Göyçay və Türyançay çaylarında olub. İntensiv yağışlar nəticəsində Göyçay rayonun Qaraməryəm kəndi ərazisində yamaclardan gələn sular sel əmələ gətirib", - o deyib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Xidmət rəsmisi əlavə edib ki, avqust ayının 28-də ölkə ərazisində mülayim və yağmursuz hava şəraiti müşayiət olunacaq. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
- Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - Video
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...