Su-30 qırıcı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A "Reaper" pilotsuz təyyarəsini Qara dəniz üzərində müşayiət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, avqustun 27-də hava məkanına nəzarət vasitələri dəniz üzərindən Rusiya sərhədinə yaxınlaşan hava hədəfini aşkar ediblər:
“Dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan Su-30 qırıcısı havaya qalxıb. Ekipaj hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A “Reaper” kəşfiyyat PUA olduğunu müəyyən edib. Qırıcı təyyarə yaxınlaşdıqca xarici kəşfiyyatçı PUA Rusiya sərhədindən dönüş edib”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Qeyd olunur ki, Su-30-un öz aerodromuna qayıdıb. Uçuş beynəlxalq qaydalara uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etməklə neytral sular üzərindəki hava məkanından istifadə etməklə həyata keçirilib.
- Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - Video
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...