Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır.
Kişinyovda təşkil olunan “Avropa Siyasi Birliyi”nin ikinci Zirvə Toplantısında iştirak etmək məqsədilə Moldovaya səfərim çərçivəsində Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması naminə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu