Güney azərbaycanlı fəal Abbas Lisaninin ekoloji fəlakətlə bağlı səsli mesaj yayaraq İran hökumətini günahlandırmasından sonra keçmiş siyasi məhbusa qarşı təxribat və təhdid çıxışları başlanılıb.
BUTA.TV xəbər verir ki, bu qəbildən olan təhdidlərdən biri ərdəbilli İrəc Şirzad adlı şəxs tərəfindən edilib.
O, video-müraciət yayaraq, Abbas Lisanini ölümlə hədələyib, onun başının kəsilməsinin vacibliyini bildirib.
Görüntülü müraciətdə “Allahu əkbər” şüarı ilə siyasi məhbusu təhdid edən İrəc Şirzad bundan əvvəl milli fəalların toplantılarında bir neçə dəfə iştirak edib.
Videodan ərdəbilli gəncin psixoloji problemlərinin olduğu, normal vəziyyətdə olmadığı məlum olur.
Hökumət məmurlarının gəncin durumundan Abbas Lisaniyə qarşı istifadə edib, etiraz aksiyalarının genişlənməkdə olduğu bir vaxtda zərərli gündəm yaratmaq istədikləri ehtimal olunur.
- Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
- 7 universitetimiz dünyanın ən yaxşılarının reytinqində - Foto
- Bakıda 17 yaşlı oğlan evində ölü tapıldı
- İranda daha bir general öldürüldü - Foto
- Bakıda 61 yaşlı kişi küçədə öldü
- Biləsuvarda ağır qəza: 4 nəfər yaralandı
- Yol polisi sürücü və piyadalara müraciət etdi
- Xəzərdə zəlzələ oldu