Laçında özünüməşğulluq proqramının icrasına başlandı

14:42 - 26 Avqust 2023 - GÜNDƏM

 Laçında özünüməşğulluq proqramının icrasına başlandı

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin özünüməşğulluğuna dəstək işləri aparılır.

Bu barədə BUTA.TV-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir.

Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə məlumatlar veriləcək.

Təlimlərdən sonra proqram iştirakçıları proqram çərçivəsində kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunacaqlar.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol