Yunanıstan Rusiya ilə zenit-raket komplekslərinin texniki xidmətinə dair müqaviləni ləğv edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstanın Pronews.gr saytı məlumat yayıb.
“Yunanıstan Silahlı Qüvvələrində Rusiya silah sistemlərinin dövrü başa çatıb. Hökumət silah dəstəyi proqramından imtina etmək və yeni dəstək müqavilələri imzalamamaq qərarına gəlib. Parlamentdən sızan çox məxfi sənəddə müdafiə naziri Nikos Dendias qısa mənzilli “Tor-M1” və köhnə OSA zenit-raket sistemləri üçün yeni dəstək müqavilələrinin, yəni ehtiyat hissələrinin və xidmətlərin satın alınmayacağını bildirib”, - sayt yazıb.
Eyni zamanda vurğulanıb ki, mövcud ehtiyat hissələri cəmi bir neçə ay təmin edə bilər:
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
“Nazirlik mövcud müqaviləni belə yerinə yetirmir. Ehtiyat hissələrinin sayının da çox az olduğunu fikirləşsək, müqavilənin tam ləğvi üçün geri sayıma başlandığını düşünə bilərik. Buna baxmayaraq, sözügedən silahlar Ege dənizindəki adalarda yerləşdirilib. Sistemlər köhnədir, lakin müdafiə xəttini hücumlardan, helikopterlərdən, PUA-lardan qorumaq üçün hələ də etibarlıdır”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm